Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər, güllələnmiş fərarilər… – FOTO

Siyasət
Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi:     Yeraltı tunellər, güllələnmiş fərarilər… – FOTO

Ermənilər itkilərini gizlətmək üçün öldürülən əsgərlərinin cəsədlərini basdırırdılar. Cəbrayıl bölgəsində azərbaycanlı döyüşçülər yeddi erməni polisin dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb. Onların cəsədləri ümumi bir çuxura atılıb və üstü torpaqla örtülüb.


Bu barədə oxu.az-a Qubadlı rayonunun Mahmudlu kəndində hərbi bölmədən olan könüllü Beyrək Məmmədov danışıb.

“Bizim tərəfimizdə itki az idi. Bununla belə, kəndləri 6-7 nəfərlik kiçik qruplarla alırdıq. Bir kəndi tutmaq üçün təxminən 40 dəqiqə vaxt sərf edirdik. Füzuli və Cəbrayıl istiqamətlərindəki döyüşlərdən sonra ermənilər çox qorxdular.


Qubadlı bölgəsində mövqelərini, hərbi texnikalarını, silahlarını qoyaraq, kütləvi şəkildə qaçdılar. Bu istiqamətdə bizə qarşı, əsasən, polislər vuruşurdu. Belə görünür ki, polis mövqelərini tərk edən fərariləri güllələyirmiş. Bizim tapdıqlarımız da onların cəsədləri idi”, – deyə o bildirib.

B.Məmmədovun sözlərinə görə, bu ərazilərdə hökumət tərəfindən pul müavinəti və payla təmin edilən erməni diversantlar yaşayıb. Mahmudlu kəndi yerli standartlara görə Qubadlı rayonunun ən böyük yaşayış məntəqəsidir. Orada isə maksimum 70 ev var.


“Burada, hər evdə konservləşdirilmiş yeməklər, eləcə də, hərbi geyim, silah və sursat tapdıq. Ermənilər işğal altında olan ərazilərdə dinc sakinlərin yaşadığı barədə yalanlar danışıb.


Birmərtəbəli yaşayış evləri, əslində, çoxsaylı yeraltı tunellərlə birləşdirilmiş, betondan ibarət ikimərtəbəli zirzəmisi olan möhkəmləndirilmiş bunkerlərdir. Bütün bu istehkamları tikmək üçün ermənilərin kifayət qədər vaxtı olub.


Kəndlərdə Sovet dövründən qalan bir çox atribut tapdıq. Burada, əsasən, xurma və üzüm yetişdirilib. Bütün evlərdə şərabçılıqla məşğul olunub”, – deyə könüllü əlavə edib.


B.Məmmədov, həmçinin, erməni vandallarının bütün müsəlman qəbirlərini dağıtdığını söyləyib. Ancaq təəccüblüdür ki, bəzi tarixi abidələr – türbələr və ziyarətgahlar günümüzə gəlib çatıb.


İşğalçılar, demək olar ki, bütün meşəni qıraraq, özləri ilə aparıblar.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla