Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər proqramı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - məlumatda qeyd edilib.
S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları da nəzərdə tutulub.
XİN-in bəyanatında bildirilib ki, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Qeyd edək ki, Lavrovun Bakıya səfəri fevralın 27-28-i üçün nəzərdə tutulub.
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video