Ötən gün Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla jurnalist arasında yaranan qalmaqal ciddi müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, müxtəlif qalmaqallarla vaxtaşırı olaraq gündəmə gələn Bayram Səfərovun jurnalistin sualına “Sənə dəxli yoxdur” cavabı və müxbirin “Mən hesab soruram” inadı birmənalı qarşılanmayıb. Əksəriyyət, xüsusilə media nümayəndələri məmurun qeyri-normal cavabına jurnalistin qeyri-adekvat reaksiya verdiyini düşünür.
Sözügedən məsələ ilə bağlı saytımıza açıqlama verən media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, jurnalist istədiyi adama, istədiyi sualı verməlidir; onun suallarına heç bir məhdudiyyət yoxdur:
“Ola bilər ki, jurnalistin ifadələrində yerinə düşməyən sözlər olsun, ola bilər ki, sual bir az emosional şəkildə verilsin. Bütün hallarda ictimai maraq kəsb edən mövzudursa, jurnalist istədiyi sualı verə bilər. Məmurun borcu bu sualı cavablandırmaqdır. Amma məmurun da cavab verməmək hüququnu tanımaq lazımdır. Ona görə də məmurun cavab vermədiyi halda jurnalislərin dirəniş göstərməsi heç də həmişə onların xeyrinə olmur. Həmişə sualı etik çərçivəni gözləməklə vermək lazımdır”.
Professor qeyd edib ki, bu kontekstdə jurnalisti qınamır:
“Jurnalist istədiyi sualı verə bilər və o tamaşaçı, oxucu, auditoriya üçün bu cavabı almalıdır. Doğrudur, jurnalist ard-arda eyni sualı verməkdən və yersiz mübahisədən yayınmalıdır. Suala verilən cavab artıq oxucu-tamaşaçı rəyini formalaşdırır. Yəni jurnalistin çılğın reaksiyasına ehtiyac yoxdur, nəticəni tamaşaçının ixtiyarına buraxmaq lazımdır. Bu halda uduzan məmur olur, jurnalist deyil”.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?