Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" həbs edildi - FOTO

11:18 - 27 Fevral 2023 - KRİMİNAL

 Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən

Qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

BUTA.TV Unikal-a istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.

O, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Rəşad İsmayılov qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər BMV-X5 markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol