Paşinyan Vardanyan ssenaridən çox qorxur - Politoloq

13:32 - 26 Fevral 2023 - GÜNDƏM

 Paşinyan Vardanyan ssenaridən çox qorxur - Politoloq

Ruben Vardanyanın “dövlət naziri” “vəzifəsindən” uzaqlaşdırılması müsbət hadisədir. Bundan başqa, onun bu günə qədərki “fəaliyyəti” onsuz da separatçı rejimin daxilindəki kriminal qruplar arasında gərginlik yaratmışdı. Onun “vəzifədən” getməsi bu gərginliyi daha da artıracaq.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Tofiq Zülfüqarov separatçı tör-töküntülərin keçmiş “dövlət naziri” Ruben Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılmasından sonra ehtimal olunan proseslər haqda Globalinfo.az-a danışarkən deyib.

Onun sözlərinə görə, Xankəndidə yaşayan ermənilərin indiki məqamda üç mümkün seçim variantı var:

“Birincisi, erməni əsilli insanlar qeyd-şərtsiz Azərbaycana tabe olmalıdırlar.

İkincisi, ermənilər sivil formada mülklərini satıb Azərbaycanı birdəfəlik tərk etməlidirlər.

Üçüncüsü, ermənilər Ruben Vardanyanın “vəzifədən” uzaqlaşdırmadan öncə təklif etdiyi kimi, qalıb müqavimət göstəməlidirlər.

Bu baxımdan hesab edirəm, Vardanyandan sonra proseslər davam edəcək”.

T.Zülfüqarov R.Vardanyanın “vəzifədən” uzaqlaşdırılmasının ardınca onun Ermənistanda siyasi proseslərə qatılması ehtimallarını dəyərləndirib:

“Ruben Vardanyanın Qərb və Rusiyada kifayət qədər dəstəyi var. Misal üçün, onun Qərb mediasına rahatlıqla çıxış əldə etməsi, açıqlamalar verməsi bunu deməyə əsas verir.

Yəni Vardanyan təkcə Rusiyanın kadrı deyil. Bu baxımdan onun Ermənistan siyasətinə qədəm qoyub proseslərdə yaxından iştirak etməsi mümkündür. Hazırda onu Ermənistanda dəstəkləyən qüvvələr də kifayət qədər çoxdur. Bu baxımdan mən onun Ermənistana gedəcəyi fikrini inandırıcı hesab edirəm. Ermənistan Baş naziri Nikol Paşinyan da bu ssenaridən çox qorxur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol