Bakı və Xankəndi arasında əsl dialoq... - Klaar

13:24 - 26 Fevral 2023 - GÜNDƏM

 Bakı və Xankəndi arasında əsl dialoq... - Klaar

Son bir neçə gündə mən Qarabağ ətrafında bir sıra maraqlı hadisələr müşahidə edirəm. Artıq elektrik və qazın bərpası haqqında hesabatlar daxil olub. Bu kontekstdə mən hər şeyin doğru istiqamətdə getməsi ilə bağlı tam ümidliyəm.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Bizim kulis arxasında, eləcə də ictimaiyyət arasında fərqli kontaktlarımız olub. Biz əminik ki, Qarabağ əhalisi, yerli ermənilər yaşadıqları ərazidə özlərini təhlükəsizlikdə hiss etməlidirlər və bunun üçün Bakı və Xankəndi arasında əsl dialoqun (?) başlanması önəmlidir”, - o bildirib.

Jurnalistin Bakı ilə Xankəndi arasında dialoqa hansı beynəlxalq mexanizmin zəmanət verəcəyi ilə bağlı sualına Klaar belə mexanizmin olmadığını deməklə cavab verib:

“Mənim üçün əsas təkcə bağlı qapılar ardında baş verən proses deyil. Aydındır ki, bəzi müzakirələr bağlı qapılar ardında ola bilər. Əsas olan onun təkcə beynəlxalq ictimaiyyət yox, eləcə də Qarabağ əhalisinə görünən olmasıdır. Bunun özü beynəlxalq ictimaiyyətin fərqli imkanlarla prosesə cəlb edilməsinə zəmin yaradır”.

Qeyd edək ki, Azərbaycan bundan öncə dəfələrlə Xankəndidəki ermənilərlə təmaslar quracağını, amma bunu öz qanunlarına uyğun olaraq edəcəyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol