Putin bundan yaxa qurtara bilməyəcək - Marin

10:50 - 26 Fevral 2023 - GÜNDƏM

 Putin bundan yaxa qurtara bilməyəcək - Marin

Rusiya Prezidenti Vladimir Putin və Ukraynada hərbi cinayətləri törədən digər şəxslər məsuliyyətə cəlb olunacaqlar.

BUTA.TV xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.

“Rusiya bu müharibəni uduzur. Bu, legitim müharibə deyil. Bunun üçün məsuliyyət yalnız Rusiyanın üzərinə düşür. Rusiya Ukraynada hər gün dinc əhalini qətlə yetirir. İnsanlara təcavüz olunur. Uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir. Bütün bu əməllərə görə günahkarlar da cəzalandırılmalıdır. Rusiya rəhbərliyi, Putin də bundan yaxa qurtara bilməyəcək. Finlandiya bu dəhşətli cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün bütün səyləri dəstəkləyir”, - baş nazir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol