İtaliya Bakı-İrəvan barışığı üçün proqram elan edəcək

18:50 - 25 Fevral 2023 - GÜNDƏM

 İtaliya Bakı-İrəvan barışığı üçün proqram elan edəcək

Sabah İtaliya İnsan Haqları Federasiyası Azərbaycan və Ermənistanın barışması üçün praktik proqram elan edəcək, həmçinin iki ölkəni və vətəndaş cəmiyyətlərini barışıq istiqamətində addımlar atmağa çağıracaq.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri münasibətlərdə yeni səhifə açmağa və regionda sülh dövrünə başlamağa hazır olduqlarını bəyan etdikdən sonra bu məsələdə beynəlxalq vasitəçiliyin artırılmasının vaxtı çatıb.

“Birincisi, bu, cəzasızlıq və sükuta son qoymaq, Xocalıya ədaləti bərpa etmək üçün vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilməlidir. Həmçinin hər iki ölkənin icmalarına tanınma, dialoq və yekun barışıq yolu ilə nifrət və inamsızlığın aradan qaldırılmasında kömək etmək lazımdır”, - A.Stanqo bildirib.

O, Xocalıda törədilən kütləvi qırğından danışaraq qeyd edib ki, burada baş verənlərə dair beynəlxalq səviyyədə tanınmış sübutlar var.

“Human Rights Watch” və “Memorial” təşkilatı baş verənlər barədə daha çox faktı sənədləşdirib, o cümlədən HRW baş verənləri beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması adlandırıb. Buraya mülki əhalinin daha sonra Ermənistanın rəsmi mənbələri tərəfindən dəhliz adlandırılan yoldan qaçarkən güllələnməsinə dair sübutlar da daxildir”, - o söyləyib.

“Bu gün bura həmrəylik əlaməti olaraq - əzizləri ilə bərabər insan nifrətinin qurbanlarının xatirəsini ehtiramla yad etmək və günahsız ruhlarını yad etmək tutmaq üçün toplaşmışıq”, - Federasiya prezidenti bildirib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı: Barışıq üçün tanıyın” (“Khojaly: Reconcile to Recognize Coalition”) beynəlxalq koalisiyasının nümayəndələri Xocalı ilə Ağdam arasında yerləşən və qaçmağa cəhd edən yüzlərlə dinc xocalılının öldürüldüyü “Ölüm dəhlizi”nə baş çəkiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol