Ermənistanın bu iddialarının əsası yoxdur – XİN başçısı

16:16 - 25 Fevral 2023 - GÜNDƏM

 Ermənistanın bu iddialarının əsası yoxdur – XİN başçısı

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə fevralın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə deyib.

Həmçinin görüşdə hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol