“18-ci əsrdə Avropanın bütün oğruları, baş kəsənləri, at oğrusu, dana oğrusu Amerikaya köçdülər. Amerika yenə də o ənənəsinə sadiqdir”.
“BUTA.TV” xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, indiki dövrdə də ayrı-ayrı ölkələrdə oğurluq edənlər, rüşvət alan, korrupsiya ilə məşğul olanlar digər adlar altında özlərinə orada sığınacaq alırlar: “Hansı ki, bizim alimlər, ziyalılar, həkimlər sutkalarla ABŞ səfirliyi qarşısında viza almağı gözləyirlər. Səfir 30 nəfərə viza verib, 300-nün də pulunu götürüb viza vermir”.
S.Novruzov deyib ki, Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan “Akkord” şirkətinin keçmiş rəhbəri Amerikadadır: “O adama Cinayət Məcəlləsinin 15 maddəsini gözüyumulu tədbiq etmək olar. Azərbaycan xalqına internet vasitəsilə dərs verib, ağıl öyrədir. Azərbaycanda tikilən binaların heç birinin 8 ballıq zəlzələyə tab gətirməyəcəyini deyir. Halbuki özü də bina tikən olub. Baş oğrulardan biridir. Onu Amerikadan gətirmək böyük problemdir?! Amerikada ən ağır cinayət məhz vergidən yayınmaqdır. Bu adam da dövlət vəsaitini mənimsəyib”.
Qeyd edək ki, bir müddət əvvəl "Akkord"un keçmiş rəhbəri İlqar Hacıyevin ABŞ-yə köçməsi və orada xristianlığı qəbul etməsi ilə bağlı məlumatlar yayılıb. İ. Hacıyev 2005-2009-cu illərdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub, bir müddət Moskvada yaşadıqdan sonra Amerikaya köçüb.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov