İranlılar kütləvi şəkildə ölkəni tərk edir

13:56 - 24 Fevral 2023 - GÜNDƏM

 İranlılar kütləvi şəkildə ölkəni tərk edir

2022-ci ildə İrandan Avropa Birliyinə sığınacaq üçün müraciətlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb.

BUTA.TV xəbər verir ki, bu barədə Avropa Birliyinin Miqrasiya Agentliyinin son illik hesabatında qeyd olunub.

"2020 və 2021-ci illərdə iranlıların sığınacaq üçün müraciətlərinin sayı 7700 idisə, 2022-ci ildə bu rəqəm 13444-ə çatıb. Ötən il iranlıların müraciətlərinin yarısına baxılıb və üç minə yaxın insan sığınacaq alıb. 2014-cü ildən bəri 155 minə yaxın iranlı Avropa Birliyinə sığınacaq üçün müraciət edib və onların üçdə biri təsdiqlənib", - hesabatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol