Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Hesablama Palatasından bildirilib.
Qeyd olunub ki, 2023-cü il İş Planına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.
Həmçinin vurğulanıb ki, Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra veriləcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi tabeliyində 16 regional idarə fəaliyyət göstərirdi. Hazırda isə bu rəqəm 28-ə çatdırılır. Belə ki, mövcud olan regional idarələrin əsasında daha 12 idarənin yaradılması nəzərdə tutulub.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov