Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.
Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.
Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.
Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.
Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar, Qaxın isə ən ucqarda yerləşən kəndidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video