Elektrik enerjisindən istifadə haqlarının ödənilməsi ilə bağlı sutkanın saatlarına görə diferensial tariflərin tətbiq edilməsi istehsalçı, yaxud da istehlakçı üçün böyük anlamda nəsə qazandırmayacaq. Ancaq bu, ölkə energetikası üçün müsbət dvidentlər qazandıra bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, əgər belə sistem qurularsa, enerjidən bahalı olduğu saatlarda daha az, ucuz olduğu saatlarda isə daha çox istifadəyə cəhdlər olacaq:
“Bütün hallarda düşünmürəm ki, enerji sərfiyyatında ümumilikdə ciddi fərq yaransın. Sadəcə müəyyən zamana nisbətdə fərqlilik olacaq. Bu isə daha çox özünü fasiləsiz enerji təminatında göstərəcək. Məsələn, axşam saatlarında qiymət bahadırsa, elektriklə bağlı müəyyən işləri insanlar gündüz saatlarında edəcəklər. Axşam saatlarında isə bu tip şeylərin müəyyən qədər azaldılması elektrik xətlərində olan yükləmələri azalda bilər. Bu isə dayanıqlığa, yəni fasiləsiz enerji təminatına töhfə verəcək”.
Qeyd edək ki, Milli Məclisdə elektrik enerjisi üzrə gecə və gündüz tariflərinin tətbiq olunması haqda müzakirələr aparılıb. Məsələnin mümkünlüyü ilə bağlı Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib ki, nazirlik bunda maraqlıdır, lakin gecə-gündüz tariflərinə keçmək heç də asan deyil. Çünki bu tarifin hesablanması üçün xüsusi smart sayğaclara ehtiyac var.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov