PSJ-nin müdafiəçisi Serxio Ramos 36 yaşında İspaniya millisindəki karyerasını başa vurub.
BUTA.TV xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında yazıb.
"Vaxt gəldi. Mənim üçün İspaniya millisi ilə vidalaşmağın vaxtıdır. Bu gün səhər komandanın hazırkı baş məşqçisi mənə zəng edib dedi ki, onun planlarına daxil deyiləm. Necə çıxış etməyimdən asılı olmayaraq.
Bu yolun sonudur. Kədərlə də olsa, həm də başımı dik tutaraq bunu qəbul etməliyəm. Bütün bu illər üçün azarkeşlərə minnətdaram. Unudulmaz xatirələrim var. İspaniya millisinin forması məni xoşbəxt edirdi. Komandanı 180 dəfə təmsil etmiş birinin həvəsi ilə millimizi dəstəkləməyə davam edəcəm. Mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm!", - deyə S.Ramos bildirib.
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı