Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, bas opera müğənnisi Əli Əsgərov dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, Əli Əsgərov 62 yaşında insult səbəbindən vəfat edib.
Qeyd edək ki, Əli Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirib, 1990-cı ildən teatrın solistidir.
Bir çox tamaşalarda cıxış edib. Əli Əsgərov bir cox beynəlxalq vokal müsabiqələri və festivallarında iştirak edib. 1997-ci ildə Bülbül adına vokalçılarin I beynəlxalq müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı