Sonuncu dəfə danışanda mənə dedi ki, hər şey yaxşı olacaq.
Kult.az xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında mərhum xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz deyib.
O, həmçinin atası Ramiz Novruzla son söhbətlərindən danışıb:
“Sonuncu dəfə danışanda barmağı ilə əla göstərib, "hər şey yaxşı olacaq" dedi”.
Cavidan atasının ölüm səbəbinin xərçəng xəstəliyi olduğunu deyib:
“Xərçəngdən əziyyət çəkirdi. Komaya düşdü, ancaq təəssüf ki, ayılmadı”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.
- ABŞ-yə köçən teleaparıcı barədə şok məlumatlar - Görün atalığı nə edib?
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video