Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və yaxın vaxtlarda onu təhvil verəcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Mənə elə gəlir ki, mətn ən qısa zamanda hazır olacaq. Mətnin ötürülməsinin necə baş verəcəyini hələ bilmirəm”, - Qriqoryan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağla bağlı maddələr də var:
“İndi bütün məsələlər işlənilir və razılaşdırılır. Ermənistanın yanaşmaları dəyişməz qalıb: İrəvan üçün beynəlxalq mexanizm hazırlamaq vacibdir ki, “Xankəndi” (? – red.) və Bakı Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə etsin. İrəvan bu mexanizmin həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Sözügedən mexanizm sülh müqaviləsinin gündəliyinə daxil ediləcək, yoxsa başqa format yaradılacaq, dəqiq bilmirəm”.
- İran bacarmadı: Cənubi Qafqazda bu iki dövlət qalır - Safrastyan
- Azərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı
- Hikmət Hacıyev Londonda görüşlər keçirdi
- Azərbaycan Argentinaya başsağlığı verdi
- Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan
- Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı
- Şimali Makedoniya prezidenti Bakıya gəldi
- Aviasiya Akademiyasında “Boinq 777” uçuş simulyatoru quraşdırıldı