General oğlunun ölkədən çıxışına "stop" qoyuldu

17:02 - 23 Yanvar 2023 - GÜNDƏM

 General oğlunun ölkədən çıxışına

Polis Akademiyasının keçmiş rəisi, general-mayir Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına "stop” qoyulub.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.

Qeyd edək ki, general oğlunun adı 2020-ci ildə koronavirus (COVID-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrə әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında yer alır.

Xatırladaq ki, Vüqar Nağıyev həyat yoldaşından qalmaqallı şəkildə boşanması ilə KİV-lərdə məlmatlar dərc edilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol