ÇİRES-də rekultivasiya işlərinə başlanıldı

09:54 - 24 Aprel 2026 - GÜNDƏM

 ÇİRES-də rekultivasiya işlərinə başlanıldı

“AzerGold” QSC tərəfindən yerli və beynəlxalq qanunvericiliyə, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq Daşkəsən rayonunun Çovdar kəndinin yaxınlığında yerləşən emal kompleksində rekultivasiya işlərinə başlanılıb.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) yerləşən, hazırda istismara yararsız olan və ümumilikdə 88 hektarı əhatə edən boş süxur anbarının 15 hektarlıq hissəsində artıq münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə bioloji rekultivasiya tədbirləri çərçivəsində əraziyə 300 kiloqram yonca toxumu səpilib. Görülən işlər torpaq strukturunun yaxşılaşdırılmasına və ekosistemin mərhələli şəkildə bərpasına xidmət edir.

Rekultivasiya tədbirləri üzrə layihə planının növbəti mərhələləri çərçivəsində mədənin digər sahələrində hasilat nəticəsində münbitlik xüsusiyyətləri dəyişmiş torpaqların bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə rekultivasiya tədbirləri mədən şirkətlərinin ekoloji məsuliyyətinin ayrılmaz hissəsi olmaqla, qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, “AzerGold” QSC ölkədə rekultivasiya işlərini həyata keçirən ilk dağ-mədən şirkətidir. Şirkət tərəfindən istismarı başa çatmış “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işləri həyata keçirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Məktəblərdə tətil vaxtı dəyişdi - Rəsmi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol