Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq uçqunu baş verib.
BUTA.TV xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb.
Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib.
Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?