“Nyukasl” azarkeşləri heyrətləndi: Bakıda gülünc dərəcədə...

“Nyukasl” azarkeşləri heyrətləndi: Bakıda gülünc dərəcədə...

Tarix: Siyasət

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” “Nyukasl”ı Bakıda qəbul edəcək.

BUTA.TV xəbər verir ki, saat 21:45-də Respublika stadionunda başlayacaq oyunu izləmək üçün artıq “Nyukasl” azarkeşləri Bakıya gəlib. Bakupost.az “Deyli Meyl Sport”un “Nyukasl” azarkeşləri ilə – təxminən 2 000 nəfərin bu “zəvvarlığa” qoşulacağı gözlənilir – söhbətini təqdim edib.

Bakıda “Xırdalan” pivəsi içən azarkeş bildirib ki, bura (Bakı) həddən artıq ucuzluqdur:

“Bura tamamilə fantastikdir. Hazırda hər kəs çox mehribandır”.

Digər azarkeş Tom Conston əlavə edib ki, Bakı möhtəşəm şəhərdir: “Nə gözləyəcəyimi bilmirdim, amma yerli sakinlər çox mehribandır, mədəniyyət zəngindir.

1,50 funtluq araqlar və 2,50 funtluq pivələr işə yarayır! Şort da gətirməli idim – 16 dərəcədir, nədənsə donacağımı düşünürdüm. Özümü tam təhlükəsiz hiss edirəm. Əlbəttə, arada fürsətçi insanlar ola bilər, amma yerli sakinlər şəhərlərini nümayiş etdirməklə fəxr edirlər”.

Digər azarkeş Cey deyir ki, uçuşlar 280 funt idi, dörd gecəlik dördulduzlu otel hər nəfərə 80 funta başa gəldi, viza isə 20 funtdur:

“Yemək, içki və taksilər gülünc dərəcədə ucuzdur. Dünən 20 dəqiqəlik taksi yoluna cəmi 1,50 funt ödəmişəm”.

Nəşr “Qarabağ” haqda da məlumat verib:

“Klub Ağdamdan – Bakının təxminən 230 mil (370 kilometr) qərbində yerləşən şəhərdən olan komandadır. “Qarabağ” 1993-cü ildə altı il davam edən müharibə zamanı Ermənistan qüvvələrinin ərazini işğal etməsindən sonra şəhəri tərk etməyə məcbur olub və 40 min ağdamlı yerindən didərgin düşüb. Klubun keçmiş rəhbəri Allahverdi Bağırov həmin dövrdə öldürülüb.

Ağdam o vaxtdan bəri “ölü şəhər” olaraq qalır.

Ölkə “Avro-2020” çərçivəsində dörd oyuna və 2019-cu ildə Avropa Liqasının finalına ev sahibliyi etmişdi. “Qarabağ” Ağdama qayıtmağa çalışır, lakin ərazidə basdırılmış çoxsaylı minalar bu prosesi çətinləşdirir.

“Qarabağ” zəif komanda deyil. Klub son 12 mövsümün 11-də ölkə çempionu olub, liqa mərhələsində 10 xal toplayaraq “Çelsi” ilə heç-heçə edib və “Benfika”nı məğlub edib. Baş məşqçi Qurban Qurbanov 2008-ci ildən bu postdadır”.