"Ural-Azərbaycan" diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 23 il azadlıqdan məhrum edilə bilər.
"BUTA TV" xəbər verir ki, bu, dövlət ittihamçısının məhkəmədən tələbidir. Müstəntiqlər onun 2001-2011-ci illər arasında Sverdlovsk vilayətində baş verən qətllərdə iştirak etdiyini iddia edirlər. Onların fikrincə, səbəb təsir dairələrinin yenidən bölüşdürülməsi və Azərbaycan diasporu daxilində liderlik uğrunda rəqabət olub.
Onunla birgə ittiham oluan şəxslərə də 13 ildən 23 ilə qədər həbs cəzası istənilib.
Yekaterinburqun Kirovski Rayon Məhkəməsində yekun çıxışlar zamanı prokuror Şahin Şıxlinski üçün 23 il həbs cəzası (həbsxanada çəkiləcək ilk 5 il) istəyib. O, 15 illik müddətin bitməsinə görə ömürlük həbs cəzasından yayına bilib.
Dövlət ittihamçısı Akif Səfərov üçün 23 il, Ayaz Səfərov üçün 22 il, Kamal və Bəkir Səfərov üçün 18 və 13 il, Məzahir Səfərov üçün 13 il və Şücayəddin Rəcəbov üçün 15 il həbs cəzası istəyib. Bütün təqsirləndirilən şəxslərdən cəzalarının ilk beş ilini həbsxanada çəkmələri nəzərdə tutulub. Təqsirləndirilən şəxslərin ümumilikdə 127 il həbs cəzası gözləyir.
"Ural Azərbaycan" diasporunun keçmiş lideri Şahin Şıxlınskiyə hökm martda oxunacaq.
Xatırlatma: daha əvvəl altı nəfərdən ibarət andlı iclasçılar bütün təqsirləndirilən şəxslər üçün təqsirkar hökmləri çıxarmışdı. Onlar yalnız Bəkir Səfərovu əfv etməyə layiq hesab ediblər.
Bütün təqsirləndirilən şəxslər günahlarını tamamilə inkar ediblər. Qismən etiraf edən yeganə şəxs Məzahir Səfərov olub. O, istehlak malları satıcısı Yunis Paşayevi bıçaqlayaraq öldürdüyünü bildirib.
Yeri gəlmişkən, Şahin Şıxlinskinin oğlu Mütvala Şıxlinski də istintaq altındadır. O, dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur. O, öz maşını ilə "Voqul" dəstəsindən olan "Rosqvardiya" zabitini vurub. Atasına qarşı da oxşar iş açılıb. Məhkəmə prosesi tezliklə başlayacaq.
Şıxlinskidən dərhal sonra Vidadi Mustafayev Azərbaycan diasporunun lideri vəzifəsini tutub. Daha sonra o, dələduzluğa görə həbs edilib. O, dostundan "Porsche" alıb, lakin pulu ödəməyib. Dəyən ziyanın 16 milyon rubl olduğu təxmin edilir.
Diasporun növbəti lideri Daxili İşlər Nazirliyinin polkovniki Kərim Qasımov olub.