1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətə dərindən bələd deyildilər. Deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq, Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki, tanıyın?
BUTA.TV xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs (Bişkek protokolu – red.) barədə danışarkən bildirib. Onun sözlərinə görə, əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil:
“Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.
Sərkisyan qeyd edib ki, həmin sənədə Dağlıq Qarabağın “nümayəndəsi” də imza atmışdı və Azərbaycan xüsusən Aprel döyüşlərindən sonra bu “reallığı” sıradan çıxarmağa başladı.
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı