Gürcüstanda İŞİD ilə əlaqədə şübhəli bilinərək saxlanılmış şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Həmin şəxslə bağlı Tiflis Şəhər Məhkəməsində proses keçirilir. O, məhkəməyə konvoyun müşayiəti ilə gətirilib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə yollanıb və terror təşkilatına qoşulub. O, orada hərbi əməliyyatlar üzrə təcrübə toplayıb və partlayıcı qurğular üzrə mütəxəssis olub.
İnterpolun qırmızı xətti ilə axtarışa verilmiş şəxs Rustavi şəhərində saxlanılıb. Onun evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları müsadirə edilib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı