Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.
“Azərbaycan və Gürcüstan arasında Bakı-Tiflis-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.
Bundan əlavə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır.
“Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”, - ADY-dən bildirilib.
Xatırladaq ki, martın 18-də Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılıb.
Belə ki, xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb. Bundan əvvəlki qərara görə, xüsusi karantin rejimi aprelin 1-dək uzadılmışdı.
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...