Ermənistan parlamentinin deputatı, jurnalist İveta Tonoyan və parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Moskvada keçirilən “Yedinaya Rossiya” konfransında Azərbaycana qarşı təxribata cəhd ediblər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, onlar çıxışları zamanı Qarabağda “etnik təmizlik”, ermənilərin “hücuma məruz qalması” kimi əsassız fikirlər səsləndirərək Bakını ittiham etməyə çalışıblar.
Hətta Tonoyan və Şarmazanov Azərbaycana ünvanlı “faşizm” bənzətməsi etməyə cəhd göstəriblər. Lakin zalda olan azərbaycanlı diplomatlar dərhal etirazlarını bildirib və tədbirin idarəçisini bu təxribatın qarşısını almağa çalışınlar. Moderator bundan sonra hərəkətə keçib və hər iki erməninin çıxışını ayrı-ayrı dayandıraraq sözlərini davam etdirməmələrini tələb edib. Moderator hər ikisini zalda asayişi qorumağa çağırıb.
Daha sonra Tonoyan və Şarmazanov çıxış mətnlərini dəyişdirərək 9 May – Faşizm Üzərində Qələbənin ildönümü, həmçinin bu müharibədə ermənilərin rolundan danışmağa başlayıblar.
Həmin anların görüntüləri Ermənistan KİV və sosial şəbəkələrdə maraqla qarşılanıb.
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...