Ermənistan tərəfi Azərbaycanın III MDB Oyunlarında iştirakla bağlı dəvətini müzakirə edəcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır:
“Müvafiq qərar qəbul edildikdə, biz bunu ictimaiyyətə açıqlayacağıq”.
Qeyd edək ki, III MDB Oyunların təşkilat komitəsinin Azərbaycandakı nümayəndəsi Aygül Ağayeva Azərbaycanda keçiriləcək oyunlara Ermənistan idmançılarına dəvət göndərildiyini demişdi.
Oyunlar 2025-ci ilin 28 sentyabr-8 oktyabrında keçiriləcək.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb