Prezidentimizin Çin səfərindən sonra bir neçə əsas məsələ önə çıxacaq. Bununla da bağlı çox produktiv və müsbət danışıqların olduğu barədə xəbərlər var, hətta görüşlər keçilirlir, sənədlər imzalanır.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan lideri İlham Əliyevin Çinə yüksəksəviyyəli səfəri haqda danışarkən deyib.
Ekspert bildirib ki, Azərbaycan və Çin arasında münasibətlər son on ildir ki, artan templə inkişaf edir:
“Çin dünyanın ikinci ən böyük iqtisdiyyatı, həmçinin bir nömrəli ixracatçısıdır. Çin Azərbaycanın xarici ticarətində ilk üçlükdə yer alır. Biz Çindən daha çox idxal edirik, nəinki mal satırıq.
Gələcəkdə ön plana çıxacaq məsələlərə gəldikdə: birinci, Azərbaycan məhsullarının Çin bazarlarına çıxış imkanlarını araşdırmaq lazımdır. İkincisi, nəqliyyat dəhlizidir. Azərbaycan Orta Dəhlizin ən vacib halqalardan biridir və biz coğrafi mövqeyimizi iqtisadi üstünlüyə çevirə bilərik. Çünki Çin Avropaya ən çox məhsul idxal edən ölkədir və bunun Azərbaycan üzərindən keçməsi ölkəmizə kifayət qədər önəmli divitentlər gətirə bilər.
Üçüncü məsələ investisiyadır. Çünki Çin şirkətləri son zamanlar dünyada ən böyük investisiya qoyan şirkətlər sırasındadır. Azərbaycanın da coğrafi mövqeyini və iqtisadi potensialını nəzərə alsaq, Çin şirkətlərini maraqlandırmaq olar ki, Azərbaycana daha çox yatırım etsinlər. Ancaq hədəflərimizdən biri təbii ki, Azərbaycan məhsullarının Çinə ixracatını artırılması olmalıdır”.
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi