Xanazax yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən intensiv atəş açılması barədə Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur.
Bu sözləri BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında Ordumuzun bölmələri tərəfindən yaşayış məntəqəsinə atəş açılması ilə bağlı yayılan xəbərlərə cavabında deyib.
Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç bir atəş açılmır:
"Ordumuz yalnız zərurət yarandıqda təxribat məqsədi ilə mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin aktivliyinin qarşısını almaq məqsədilə adekvat cavab tədbirləri görür.
Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiyalar və yalan məlumatlar yaymaqla törətdiyi təxribatları ört basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb