Keçmiş Qarabağ separatçılarının üzvü, qondarma qurumda “deputat” olmuş Aramayis Aqabekyan (Ağabekyan) diqqətçəkici paylaşımla çıxış edib.
BUTA.TV xəbər verir ki, o, Azərbaycan gəncləri ilə ilk tanışlığının 2013 və ya 2014-cü ildə olduğunu yazıb.
“Avstriyada AB-nin dəstəklədiyi layihə çərçivəsində çox maraqlı kurs təşkil olunmuşdu. İlk gün azərbaycanlılar meydana çıxdı, demək olar ki, hamısı Avropanın məşhur təhsil ocaqlarının tələbələri idi, halbuki biz ya Ermənistan Dövlət Universitetində, ya da ən yaxşı halda İrəvan Universitetində oxumuşduq.
Əvvəlcə düşündüm ki, yəqin ki, varlı ailələrdəndirlər və təəssürat yaratmaq üçün xüsusi olaraq göndəriliblər. Sonra onların orta və kasıb ailələrin övladları olduqlarını, Heydər Əliyev Fondunun xətti ilə təhsil aldıqlarını, gələcək fəaliyyətlərini vətənə xidmətlə əlaqələndirdiklərini biləndə çox təəccübləndim”, - o bildirib.
Aqabekyan iddia edib ki, bu, ciddi təhsil fərqi, ünsiyyətimizdə böyük rol oynamadı, mübahisələrə gəlincə, həvəs, çeviklik və hiyləgərlik hesabına bir şey “düzəltdim”:
“Onlar bizdən daha hazırlıqlı idilər və bizim fərdi təşəbbüslərimizin önündə dövlətin himayəsində olan bir sistem vardı.
Dediyim odur ki, bizdə sistemlər qurulmayana qədər, yoxsul və orta gəlirli ailələrdən olan uşaqların təhsil almaları və vətənlərinə xidmət etmələri üçün resurslar və yanaşmalar tapmayana qədər heç nə işləməyəcək. Onlar bizdən zəifdirlər, sadəcə olaraq koordinasiyalı şəkildə hərəkət edirlər”.
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi