Salyan rayonunda evakuatorun qırılan trosu ölümə səbəb olub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Sədrəddin Mirzağa oğlu Quliyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin qəzadan sonra hadisə yerinə gələn evakuator avtomobili yedəyinə çəkərkən tros qırılıb və sürücüyə dəyərək onu öldürüb.
Faktla bağlı araşdırma aparılır.
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb