Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda özünü həm də “sülhpərvər vasitəçi” kimi göstərmək istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Arakçı ilə Moskvada keçirdiyi son görüşdə deyib ki, nüvə məsələsinin həllində Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, eyni gündə oxşar açıqlama Lavrovun müavini Mixail Qaluzindən gəlib:
“Rusiyalı diplomat Ermənistan parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlarda ölkəsini təmsil edən Ruben Rubinyanla telefonla danışıb. Qaluzin Rusiyanın Ermənistanın Türkiyə ilə dialoquna dəstək verməyə hazır olduğunu bildirib. Bura Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın tez-tez təkrarladığı “Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi olmağa hazırdır” sözlərini də əlavə etsək, Kremlin ən azı 3 danışıqlar formatında iştirak etmək istədiyi aydınlaşar. Ancaq hələ ki, adları sadalanan heç bir ölkə vasitəçi təklifi ilə Kremlə müraciət etməyib. ABŞ və İran diplomatları arasında danışıqlar Omanda həyata keçirilir. Türkiyə və Ermənistan diplomatları arasındakı görüşlər isə Ankara və İrəvanda reallaşır.
Ermənistanla Azərbaycan arasında danışıqlara gəldikdə, xüsusi vasitəçiyə ehtiyac yoxdur, hər iki tərəf birbaşa danışıqlara üstünlük verir, lazım gəldikdə, Tiflisdə də görüşmək mümkündür”.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi