Vəziyyət həqiqətən ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyəti dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da, bu istiqamətdə ciddi işlər görülmür. Mən, digər deputat həmkarlarım bu məsələni Baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanı da qaldırdıq. Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, icra başçılarının eşidəcəyi güclü və təşəbbüskar Baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq, Prezidentin köməkçisi kimi daha çox iş görə bilirdi. Hazırkı şəraitdə Birinci vitse-prezident həm də Baş nazir postunu tutsa, bu, çox faydalı olardı.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev güclü yağışdan sonra Bakı şəhərində bəzi yolların bağlanması, evləri su basmasına görə ciddi qərarların qəbul edilməsi gərəkdiyi haqda danışarkən deyib.
“Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir, hamı Prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edir”, - o bildirib.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi