Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var”, - Sərkisyan bildirib.
Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur:
“Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı