Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Viyən kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra İ.Məmmədovun vəziyyətinin ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gələnə qədər İ.Məmmədov ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, İ.Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi