Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində danışıb.
O qeyd edib ki, diplomatiya sahəsində Antalya Diplomatiya Forumu qlobal bir brendə çevrilib:
“Bu gün burada münaqişələrin yerinə dialoqu, güc yarışı yerinə ədalətli yanaşmanı müdafiə etdiyimizi göstəririk. Qlobal diplomatiyanın ürəyi üç gün ərzində Antalyada döyünəcək. İnsanlıq texnoloji yeniliklərə uyğunlaşdığı dövrdə beynəlxalq sistemin böhranları aradan qaldırma iqtidarında olmadığına şahidlik edirik. Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür".
Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi yerləşdiyi coğrafoyada sabitliyin bərqərar edilməsini istəyir:
“Biz problemlərdən kənarda yerləşən ölkə deyilik. Tarixboyu Türkiyə imperialist oyunlarla, gərginliklərlə əhatələnib. Rəqabətin ən mənfi təsir göstərdiyi coğrafiyada yerləşirik. Biz bu coğrafiyanın sadəcə sakinləri yox, həm də sahibləriyik. Min ildir buradayıq və burada da qalacağıq”.
- Ombudsmandan Xocalı soyqrımı ilə bağlı bəyanat
- Heydərovun iki müavini vəzifədən azad edildi - Sərəncam
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı