Azərbaycan tərəfi ilə birgə görüşdə nəqliyyat, sərhəd, gömrük və tranzit məsələləri üzrə Anlaşma Memorandumunun hazırlanması qərara alınıb və sənəd İran prezidentinin səfəri zamanı imzalanacaq.
BUTA.TV xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündən söz açan iranlı nazir deyib ki, söhbət zamanı Məsud Pezeşkianın Azərbaycana səfəri üçün zəruri olan məsələlər və anlaşmalar daha ətraflı müzakirə edilib.
Fərzanə Sadiq Pezeşkianın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında yük daşımalarının həcmini artırmaq məqsədi ilə iki ölkənin iş adamlarının iclasının keçirilməsinin planlaşdırıldığını açıqlayıb və bildirib ki, iclas İran Xarici İşlər Nazirliyi və İranın Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Fərzanə Sadiq aprelin 7-də Azərbaycana 3 günlük səfərə gəlmişdi.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi