May ayından etibarən Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu məlumatın yayılmasına səbəb Azərbaycan Dəmir Yollarına aid sürət qatarının Tiflisdə görünməsi olub.
İddia olunub ki, mayın 1-dən Bakı-Tiflis-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tiflisə göndərilib.
Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi