Ararat Mirzoyan məxfi şəkildə Dubaya gedib və orada Azərbaycan nümayəndəsi ilə qeyri-rəsmi əlaqə saxlayıb.
BUTA.TV xəbər verir ki, belə bir iddianı Ermənistanın “Past” nəşri yayıb.
Nəşr əldə etdiyi məlumatla bağlı XİN-ə sorğu verib və Mirzoyanın BƏƏ-yə səfərinin niyə rəsmən elan edilmədiyinin səbəbini soruşub.
“Ermənistan Xarici İşlər Nazirliyi əvvəlcə Mirzoyanın Dubayda olmasını təkzib etməyə çalışdı, bir müddət sonra isə Mirzoyanın Dubayda olduğunu təsdiqlədi”, - nəşr yazıb.
Rəsmi açıqlamada bildirilib ki, Dubayda heç bir ölkənin nümayəndəsi ilə heç bir rəsmi görüş və ya qeyri-rəsmi əlaqə olmayıb.
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video
- "Rüzgar"ın anası oğlunun qatilini bağışladı
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi
- Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
- TƏBİB: Körpənin peyvənddən sonra ölümü...
- DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar
- İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi