Türkiyə KİV və sosial platformalarında qlobal güclərin Yaxın Şərq planı ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, “Böyük Yaxın Şərq” ssenarisində regionun genişləndirilməsi, Türkiyə xalqının etnosunun dəyişdirilməsinin planlandığı iddia edilir.
Belə ki, son illərdə Suriya, Əfqanıstan, Pakistan kimi ölkələrdən yüz minlər, hətta milyonlarla insanın buraya axını, qeyri-qanuni miqrasiyanın qarşısının alınmaması sözügedən hədəfin gerçəkləşdirilməsi kimi dəyərləndirilir.
Həmçinin Türkiyədə terrora meyilli qüvvələrin təşkilatlandırılması prosesinin davam etdiriləcəyi də bildirilir. Bu istiqamətdə konstitusiyadan “türk” kəliməsinin çıxarılmasının, ölkənin əyalət sisteminə keçirilməsinin planlandığı qeyd olunur.
Hətta ölkənin adının “Anadolu Birləşmiş Dövlətləri”, yaxud “Türkiyə Birləşmiş Dövlətləri” olaraq dəyişdirilə biləcəyi iddia edilir.
Məsələ ilə bağlı ABŞ-dakı bəzi dairələrdə müəyyən tədbirlərin görüldüyü və hazırlıqlara başlandığı da deyilir. Artıq illərdir prosesin başladığı, Türkiyədə planın icrası üçün bəzi şəxslərə təlimatların verildiyi də iddialar arasındadır.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi