Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş nümayəndəsi (gömrük attaşesi) Əliqulu Cəfərov yenidən qurumu məhkəməyə verib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Əliqulu Cəfərov gömrük attaşesi vəzifəsində işləyənə qədər DGK-nın daxili təhlükəsizlik idarəsinin rəis müavini olub. 2021-ci ildə o vaxtkı DGK sədri Səfər Mehdiyevin əmri ilə rəis müavini vəzifəsi saxlanılmaqla, Azərbaycanın Türkiyədəki səfirliyində gömrük attaşesi təyin olunub. 2023-cü ildə isə işdən çıxarılıb.
Vəzifəsindən azad edilən Əliqulu Cəfərova pensiya təyin olunması üçün məlumat vərəqi tərtib edilərəkən onun gömrük attaşesi vəzifəsində işləyərkən rəis müavini vəzifəsindən azad edilərək, DGK-nın akademiyasına baş müəllim təyin olunduğu üzə çıxıb. Bu baxımdan, onun pul təminatı DGK-nın akademiyasında baş müəllimin vəzifə və maaşına uyğun göstərilib.
Əliqulu Cəfərov Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq başqa işə keçirilməsi barədə əmrin ləğv olunmasını və pensiya təyin olunarkən pul təminatının DGK-nın daxili təhlükəsizlik idarəsinin rəis müavinin vəzifə və maaşına uyğun göstərilməsini istəyir.
O, iddiasında qeyd edib ki, Səfər Mehdiyevin məlum əmri barədə ona məlumat verilməyib. Əliqulu Cəfərov gömrük attaşesi işləyərkən hələ də Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini kimi vəzifədə saxlanıldığını düşünüb. Hətta rəis müavini kimi müvafiq vəsiqəsi də üzərində olub və həmin sənədin geri qayrarılması tələb edilməyib.
Əliqulu Cəfərov əlavə edib ki, o heç vaxt DGK-nın akademiyasında baş müəllim vəzifəsində çalışmayıb. Qarşı tərəf isə Əliqulu Cəfərovun iddiasının əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş edib.
Lakin məhkəmə Əliqulu Cəfərovun iddiasını təmin edib. Onun akademiyada baş müəllim təyin olunması barədə əmr ləğv olunub. DGK-ya Əliqulu Cəfərovun işdən azad olunması barədə əmrdə onun akademiyanın baş müəllimi deyil, rəis müavini vəzifəsində çalışdığının qeyd olunması həvalə edilib.
Xatırladaq ki, Əliqulu Cəfərov bundan əvvəl də DGK-nı məhkəməyə verib. Həmin vaxt yayılan məlumatlarda onun işə bərpa olunmasına çalışdığı bildirilirdi.
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video
- "Rüzgar"ın anası oğlunun qatilini bağışladı
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi
- Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
- TƏBİB: Körpənin peyvənddən sonra ölümü...
- DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar
- İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi