Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
BUTA.TV Report-a istinadla xəbər verir ki, səfərin bu ay baş tutması nəzərdə tutulub.
Qeyd edək ki, bu, M.Pezeşkianın İran prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi