Türkiyədəki daxili siyasi proseslərə beynəlxalq reaksiyanı müşahidə edərkən qeyd etmək lazımdır ki, ABŞ administrasiyasının rəsmi mövqeyi son dərəcə təmkinlidir. Bunu belə izah etmək olar ki, Tramp və onun komandası Ərdoğanı Böyük Yaxın Şərqdə strateji vəzifələrin həyata keçirilməsi üçün geniş imkanlara malik tərəfdaş hesab edir.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, bölgədə Türkiyəni zəiflətmək cəhdləri iki əsas istiqamət üzrə aparılacaq:
“Suriyadakı hadisələr göstərdi ki, Türkiyə, ABŞ və İsrailin situativ əməkdaşlığı bu meydanda Rusiya, İran və Fransanı "neytrallaşdırmağa" imkan verdi. Artıq aydın görünür ki, Türkiyəni "saxlamaq" siyasətinin həyata keçirilməsi iki əsas istiqamət üzrə aparılacaq:
1.Daxili siyasi vəziyyətdə gərginliyin artırılması;
2. Suriyada Türkiyə-İsrailin "situativ" əməkdaşlığını parçalamaq cəhdləri.
Sonuncu mövzu Avropanın liberallara meyilli "analitik çevrələrində" getdikcə daha çox aktuallıq qazanır”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN