Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında broyler məhsullarının ziyanları müzakirə edilib.
Quşlara verilən dərmanlar ağır xəstəliklərə yol açır? Broyler toyuqlarına hormonlar verilir? Broyler toyuqları qeyri-sağlam kökəlməyə səbəb olur? Marketlərdə satılan toyuqlar cinsi zəiflik yarada bilər? Broyler məhsulları kişilərdə qadın hormonlarını artırır?
Verilişin qonaqları - Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, qida məhsulları üzrə auditor Şəlalə Zeynalova, həkim-diyetoloq Şəfa Yadigarova ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb. Ətraflı videomaterialda:
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- “Azərişıq” ASC birinci yerə layiq görüldü
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi