2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib.
“BUTA TV” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib. “Hər şey çox gözəl olacaq” sözünün memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun son cümləsi belə oldu: “Xahiş edirəm, məni unutdurmayın”. Biz heç vaxt unutmayacağıq, heç vaxt unutdurmayacağıq! Hər şeyə rəğmən, hər şey çox gözəl olacaq!”,-vəkil bildirib.
Məlumata görə, gəncin həbs olunmasına əsas səbəb “Qanuna zidd toplantı və yürüşlərə silahsız şəkildə qatılaraq, xəbərdarlığa baxmayaraq özbaşına dağılışmamaq” ittihamı olub.
Xatırladaq ki, Gezgin, 2019 İstanbul Böyükşehir Bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun avtobusuna səslənərək “Əkrəm abi, hər şey çox gözəl olacaq!” deyib. Əkrəm İmamoğlu isə sonradan bu sözləri seçim şüarı kimi istifadə edib. Bu şüar 2019-cu ildən bəri istifadə olunur. Universitet tələbəsi olan Berkay Gezgin Anadolu Universitetində təhsil alır.
Qeyd edək ki, Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və saxlanmasına etirazlar martın 19-da başlayıb. 19-23 mart tarixlərində keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.

- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN