Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
BUTA.TV xəbər verir ki, proqramın qonağı müğənni İradə İbrahimova olub. Sənətdən uzaqlaşdığı üçün peşman olmadığını deyən müğənninin sözlərinə görə, bu addımı onu daha da müdrikləşdirib:
"Azərbaycanda qalsaydım belə, sənətdən uzaqlaşacaqdım. Çünki sosial media dövrünün başlaması ilə çox şey dəyişdi, buradakı "kloun"ların yolu açıldı. Səhnə artıq yad insanlarla doldu, özümü burada ifadə edə bilmədim. Lakin sənətdən uzaqlaşdığım üçün peşman deyiləm, çünki bu addımım məni daha da müdrikləşdirdi, həyatımda yeni səhifə açdım".
Müğənni həmçinin kişi-qadın münasibətlərindən də bəhs edib. Onun sözlərinə görə, xanımlar həmişə kişilərin yanında durmalı, onlara dəstək olmalıdırlar:
"Amma bəzi məqamlarda qadın kişidən arxada dayanmağı da bilməlidir. Həmin anlarda kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir. Qadın hər mənada kişinin yanında olmağı bacarmalıdır. Qırmızı xətti isə keçmək olmaz, orada durmağı bilmək lazımdır. Bir damın altında yaşamaq üçün bu önəmlidir".
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN