Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.
BUTA.TV Oxu.az xəbər verir ki, bu barədə məhkəmə materiallarında qeyd olunub.
Bildirilib ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.
İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.
Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.
- Ermənistan MN-dən qəribə bəyanat: Havaya açılan atəş?..
- Arakçı İrəvanda dəhlizin adını çəkmədi – Niyə?
- Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı
- Arakçı İrəvanda Paşinyanla görüşdü: Sülh müzakirəsi...
- Pakistandan Azərbaycanla bağlı tapşırıq
- "Dünyanın yarısı Belarusdakı "diktatura"nı arzulayır" - Lukaşenko
- İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...
- Moskva məhkəməsi vurulan təyyarəmizlə bağlı qərar verdi - Video