Şahin Diniyev: "İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır"

12:50 - 25 Mart 2025 - İDMAN

 Şahin Diniyev:

"Biz birinci növbədə gücümüzün aşağı səviyyədə olduğunu qəbul etməliyik".

Bunu BUTA.TV-a açıqlamasında "Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan millisinin Belarus seçməsi ilə oyunla bağlı fikirlərini bölüşərkən bildirib.

"Bu oyunlar bizə xal qazandırmır. Bu səbəbdən də məğlubiyyətlə üzləşərkən futbolçuların və ya milli komandanın üzərinə getmək düzgün olmaz. Əlbəttə, Belarusla oyunda qələbə qazanmaq həm psixoloji olaraq, həm də qələbəyə gedən yolun təməlini atmaq baxımından vacibdir. Amma qəbul etməliyik ki, Azərbaycan millisinin və futbolçularımızın potensialı budur. Qələbə qazanaraq milliyə olan inamı yenidən qaytarmaq lazımdır. Əsas məsələ ilk növbədə budur. Belarus millisi bizim üçün ciddi və çətin rəqibdir.

Təcrübəli çalışdırıcı əlavə olaraq Fernandu Santuşun Belarus seçməsi ilə oyunöncəsi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət də bildirib:

Bu xəbər hal-hazırda çox oxunur
"HQ" ləqəbli tiktoker saxlanıldı - Səbəb

"Futbolda fərqli oyun taktikaları və anlayışları var. Sadəcə müdafiə olunaraq nəticə qazanmaq mümkün deyil. Bizim komandanın, futbolçuların real gücünü qəbul etməli və buna uyğun addımlar atmalıyıq. Haiti ilə görüşdə buraxılan səhvlərdən dərs çıxararaq bu görüşdə qələbə qazanmaq mümkündür. Əsas məsələ etibarlı oyun nümayiş etdirməkdir. İstər müdafiədə, istərsə də hücumda. Ələ düşən qol fürsətlərini dəyərləndirməyi bacarsaq və müdafiədə etibarlı oynasaq, o zaman nəticə qazanıla bilər".

Şahin Diniyev Azərbaycan millisində kollektiv və səviyyəli futbol olmadığını bildirib:

"Futbol kollektiv halında oynalınan idman növüdür. Bizim futbolçular ilk növbədə bunu anlamalıdırlar. Əfsuslar olsun ki, bizdə hələ də bu anlayış formalaşmayıb. Düzgün taktiki gedişatlar, komanda halında oynamaq, müdafiə olunmağı bacarmaq çox vacibdir. Milli komandanın futbolçuları qalib gələndə birgə sevinməyi bacardığı kimi, məğlub olduqda da birgə kədərlənməyi bacarmalıdırlar. Ümumilikdə kollektivlik düşüncəsi formalaşdırıb daha sonra digər mövzuları dəyişməliyik. Əsas olaraq qəbul etməliyik ki, bu millinin dəyişməsi üçün 50 il də bəs etməz".

Anar Həsənov

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol