Azərbaycanın nələr edəcəyini, yaxud nələr etdiyini danışmağım indi düzgün olmazdı.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyada çıxışında deyib.
“Biz bədbinlik şəraitində fəaliyyət göstəririk, burada çoxları sülh gündəminin əldə oluna biləcəyinə inanmır. Amma biz çox mühüm nəticələr əldə etmişik. Birincisi, demarkasiya komissiyalarının birgə fəaliyyətinin tənzimlənməsidir. Bu, Ermənistanla Azərbaycan arasında imzalanmış ilk hüquqi qüvvəyə malik sənəddir. Bundan əlavə, bizim sülh sazişinin razılaşdırılmış mətni var.
Kirants-Əskipara demarkasiyasından əvvəl də böyük pessimizm var idi. Demarkasiya baş tutub və biz bunu ictimaiyyətdən gizlətməyə çalışmırıq, əksinə, mənim göstərişimlə prosesin nəticələrini göstərmək üçün ora müxtəlif ictimai qrupların səfərləri təşkil olunur”, - deyə o əlavə edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN